WeTravel Azərbaycanda Yerli İstedadları Axtarır
Bakının müasir silueti altında texnologiya və yaradıcılığın birləşdiyi yeni bir hekayə yaranır. Bu hekayənin baş qəhrəmanlarından biri, qlobal fintex SaaS liderlərindən olan WeTraveldir. Səyahət sənayesini yenidən formalaşdıran bu şirkət, indi Azərbaycanın istedadlı gənclərinə öz uğur hekayələrini yazmaq imkanı təqdim edir.
2016-cı ildə yaradılan WeTravel qrup səyahətlərini təşkil edən bizneslər üçün tamamilə rəqəmsal və inteqrasiya olunmuş bir platforma təqdim etməklə səyahət sənayesində inqilab etdi. Dünyanın müxtəlif yerlərindən milyonlarla insan, minlərlə təchizatçı və minlərlə şirkət artıq bu platformadan istifadə edir. Bakıda isə bu inqilabın bir parçası olmaq üçün yeni qapılar açılır.
Yüksək Performanslı Komandanın Bir Parçası Olun
Bakıdakı mövcud 17 nəfərlik peşəkar komandasını daha da böyütmək istəyən WeTravel, yerli istedadları dəstəkləməyə hazırdır. Giriş səviyyəli proqram mühəndisləri üçün bu, yalnız iş təklifi deyil; həm də inkişaf, öyrənmə və böyük layihələrdə iştirak etmək imkanıdır. Əsas diqqət texniki biliklərdən daha çox analitik bacarıqlara yönələcək. Lakin təcrübəli mühəndislər üçün də şirkət qapıları açıqdır.
Azərbaycanda Yeni Bir Fəsil
WeTravel yalnız texnologiya yaratmır, həm də insanların həyatına təsir edən bir mədəniyyət formalaşdırır. Şirkət, əməkdaşlarını öhdəlikli, çevik və daim öyrənməyə hazır bir mühitdə çalışmağa təşviq edir. Bakıdakı fəaliyyətlər isə yalnız yerli bazarı inkişaf etdirmək deyil, həm də bu regionu qlobal səviyyədə texnologiya və innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi güdür.
Əgər çətinlikləri sevir və böyük layihələrin bir hissəsi olmaq istəyirsinizsə, bu sizin üçün mükəmməl fürsətdir. WeTravel-də siz sadəcə bir işçi deyil, bu hekayənin yaradıcılarından biri olacaqsınız.
Müraciət üçün buraya klikləyin. Gəlin, birlikdə qeyri-adi bir şey yaradaq!
Diqqət!
WeTravel-dan Tech.az Mediaya verilən məlumata görə dəyərləndirmədə əsasən analitik düşüncə və namizədin öz bacarıqları nəzərə alınır. Professionallıqdan daha çox özfikri olan, öz kodlarını rahat yaza bilən və analiz etməyi bacaran şəxslər yeni komanda üçün ideal namizədlərdir. Texniki olaraq isə test zamanı ekranı dəyişmək olmaz. Belə olduğu halda sistem tərəfindən avtomatik olaraq cavablar əsassız hesab edilir.