“WhatsApp” platforması yeni funksiya istifadəyə verib.
Bu funksiya sayəsində istifadəçilər silinmiş mesajı geri qaytara biləcəklər. Belə ki, bu yenilik səhvən silinmiş mesajı beş saniyə ərzində qaytarmağa imkan verir. Lakin bu, yalnız “Mənim üçün sil” bəndi seçildikdə əlçatan olacaq.
Qeyd edək ki, yeni funksiya artıq Android və iOS-da bütün “WhatsApp” istifadəçiləri üçün əlçatandır.