Az | EN

Gəncə sakinləri CityCard-la 1 milyon dəfə “nağdsız” yola çıxdı

Cəmil Hüseynzadə
24 Oktyabr 2025 19:59
47 baxış
Gəncə sakinləri CityCard-la 1 milyon dəfə “nağdsız” yola çıxdı

Payriff-in milli məhsulu olan CityCard Gəncə şəhərində istifadəyə verildiyi 21 avqust tarixindən bu günə qədər artıq 1 milyondan çox avtobus səfərində istifadə edilib.

Bu göstərici Azərbaycanın regionlarında rəqəmsal nəqliyyat ödənişlərinə keçidin sürətlə artdığını və Gəncədə rəqəmsal xidmətlərin uğurla tətbiq olunduğunu göstərir.

CityCard sistemi vasitəsilə sərnişinlər bank kartı, fiziki CityCard, QR bilet, eləcə də Apple Pay və Google Pay ilə avtobus ödənişlərini rahat, təhlükəsiz və nağdsız şəkildə həyata keçirirlər.

Mobil tətbiq üzərindən istifadəçilər balans artıra, QR bilet yarada və validator vasitəsilə ödənişləri operativ şəkildə tamamlaya bilirlər.

Payriff-dən verilən məlumata görə, bu uğur CityCard-ın regionlarda rəqəmsal nəqliyyat infrastrukturunun inkişafına mühüm töhfə verdiyini və vətəndaşların gündəlik həyatında rahatlıq yaratdığını nümayiş etdirir.

© copyright 2022 | tech.az | info@tech.az