WhatsApp-ın ən son Android beta versiyasında kəşf edilən yeni funksiya süni intellektlə dəstəklənən söhbət köməkçilərinə daha asan çıxış təklif edir.
"2.23.24.26" kodlu Android beta versiyasında süni intellektlə dəstəklənən söhbət köməkçilərinə daxil olmaq üçün düymə əlavə edilib. Assisentlər əvvəllər proqramın ana ekranında görünmürdü və buna görə də köməkçilərə daxil olmaq olduqca çətindir.Bu süni intellektli söhbət köməkçisinə "Yeni Söhbət" düyməsində yerləşən bənövşəyi və mavi dəyirmi düymə vasitəsilə daxil olmaq olar.
Lakin bu funksiya beta versiyada olduğu üçün ictimai versiyada nə vaxt istifadəyə veriləcəyi bəlli deyil.