Az | EN

Wildberries-in Azur Air aviaşirkətini almaq istəyir

Cəmil Hüseynzadə
16 Mart 2026 15:21
43 baxış
Wildberries-in Azur Air aviaşirkətini almaq istəyir

Rusiyanın e-ticarət şirkəti Wildberries və Azur Air arasında mümkün satış razılaşması ilə bağlı iddialar gündəmə gəlib. Sənaye üzrə məlumat yayan “Aviatorşina” Telegram kanalının məlumatına görə, Wildberries & Russ (RVB) şirkəti Azur Air-i almaq üçün danışıqlar aparır və razılaşma 2026-cı ilin mayına qədər bağlana bilər.

Məlumata görə, bu addım şirkətin turizm biznesini genişləndirmək planları ilə bağlıdır. Wildberries 2025-ci ilin oktyabrında Fun&Sun turizm operatorunu satın almış, 2026-cı ilin əvvəlində isə onunla birlikdə Misir və Türkiyədə WB Travel brendi altında otellər açacağını elan etmişdi.

Bununla belə, Azur Air yayılan xəbərləri təkzib edərək bildirib ki, şirkətin satışı ilə bağlı heç bir danışıqlar aparılmır və potensial alıcılarla müzakirə yoxdur. Wildberries isə məsələ ilə bağlı rəsmi şərh verməyib.

Qeyd edək ki, 2026-cı ilin martında Rosaviatsiya aviaşirkətin fəaliyyət sertifikatının müddətini texniki xidmətlə bağlı problemlərə görə 8 iyun 2026-cı ilədək məhdudlaşdırıb. Azur Air hazırda əsasən Boeing istehsalı olan 13 uzaqmənzilli təyyarədən ibarət donanmaya malikdir və 2025-ci ildə 2,2 milyon sərnişin daşıyıb.

© copyright 2022 | tech.az | info@tech.az