Daha əvvəl X-in (keçmiş Twitter) CEO-su Linda Yaccarino video zəng xüsusiyyətlərinin X-ə gələcəyini açıqlamışdı. O bildirmişdi ki, "İstifadəçilər tezliklə telefon nömrəsini heç kimə vermədən platforma vasitəsilə videozənglər edə biləcəklər".
İlon Mask bu gün paylaşdığı bir yazı ilə video və səsli zəng xüsusiyyətlərinin X-ə gəldiyini açıqlayıb. İlon Maskın paylaşdığı məlumata görə, funksiya iOS, Android, Mac və PC versiyalarında işləyir. İstifadəçilərin zəng funksiyasından istifadə etmək üçün telefon nömrəsinə ehtiyacı yoxdur.
X yeni funksiya ilə videozəng platformalarına rəqib olmağı yox, “Super App” olmağı hədəfləyir.