Koronavirus səbəbiylə internetdən istifadənin artması kiber-hücumçuları da hərəkətə keçirib. Xüsusilə, 2020-ci ildə bu hücumların sayında rekord artım qeydə alınıb. Koronavirusla birlikdə artan hücumlar bu gün də intensiv şəkildə davam edir.
ABŞ Federal Təhqiqatlar Bürosunun kompüter şəbəkəsinə kiber-hücumun həyata keçirildiyi və büronun hücuma nəzarət etməyə çalışdığı bildirilib. FTB rəsmilərinin açıqlamalarına görə, xakerlər büronun uşaqlara qarşı cinsi istismara dair görüntüləri araşdırmaq üçün istifadə edilən kompüter sistemlərinə daxil olublar.
Rəsmilər həmçinin hücumdan təsirlənən bölmənin FTB-nin ən böyük və yüksək profilli ofislərindən biri olan Nyu-Yorkdakı ofisi ilə əlaqəli olduğunu bildirib.