Xiaomi-nin önümüzdəki aylarda təqdim edilməsi gözlənilən flaqman modeli haqqında bir sıra məlumatlar ortaya çıxmağa davam edir. Şirkət keçən həftə Xiaomi 12T seriyasını təqdim etmişdi. İndi isə növbə yeni flaqman Xiaomi 13 seriyasındadır.
Sızdırılan məlumatlara görə "Xiaomi 13" 4 fərqli rəng variantında təqdim olunacaq. Rəng seçimlərinin qara, ağ, yaşıl və çəhrayı olması gözlənilir. Bundan əlavə, Xiaomi 13 Pro-nun keramika versiyasının sınaqdan keçirildiyi də bildirilib. Lakin qlobal bazarda keramika variantının olub-olmayacağı hələ məlum deyil.
Bundan əlavə, Pro modelindəki əsas kamera haqqında yeni məlumatlar ortaya çıxıb. Son hesabata görə, Xiaomi 13 Pro 50 meqapiksellik Sony IMX989 əsas sensoruna sahib olacaq. Bu sensor əvvəllər Xiaomi 12S Ultra-da istifadə edilib.