Az | EN

Xiaomi 14 və Xiaomi 14 Pro satış rekordu qırıb

Nail Valiyev
02 Noyabr 2023 14:21
2384 baxış
Xiaomi 14 və Xiaomi 14 Pro satış rekordu qırıb

Xiaomi yaxınlarda təqdim etdiyi Xiaomi 14 və Xiaomi 14 Pro modelləri ilə böyük diqqət çəkmişdi. Bu cihazlar Çində satışa çıxarıldıqdan sonra cəmi dörd saat ərzində satılıb və əvvəlki ilin rekordunu qırıb. Şirkət qeyd edib ki, dizayn, emal gücü və yüksək keyfiyyətli kameralar bu uğurun arxasında duran amillərdəndir. Orta qiymət nəzərə alınmaqla Xiaomi-nin təxminən 2 milyon cihaz satdığı təxmin edilir. 

Xiaomi-nin təxminən 1,36 milyard dollar gəlir əldə etdiyi bildirilir. Xiaomi 14 seriyalı cihazların orta qiyməti 620 dollar götürülərsə, Çin bazarında ilk satışlarda təxminən 2 milyon ədəd satıldığı təxmin edilir.

© copyright 2022 | tech.az | info@tech.az