Az | EN

xAI Grok 4.1 modelini istifadəyə verib

Nigar Sultanli
18 Noyabr 2025 16:21
33 baxış
xAI Grok 4.1 modelini istifadəyə verib

Bu yeniliyin istifadəçilər üçün ən sevindirici tərəfi odur ki, şirkət əvvəlki ödənişli yanaşmasından fərqli olaraq, bu qabaqcıl modeli hər kəs üçün tamamilə pulsuz və əlçatan edib. Texnoloji həvəskarlar yeni imkanlardan həm grok.com saytı, həm "X" sosial şəbəkəsi, həm də iOS və Android tətbiqləri vasitəsilə rahatlıqla yararlana bilərlər.

Şirkətin açıqlamasına görə, Grok 4.1 sadəcə texniki bir yeniləmə deyil, həm də modelin "davranışında" ciddi təkmilləşdirmədir. Yeni versiya istifadəçinin niyyətini və emosional vəziyyətini daha dərindən anlayır, buna uyğun həssas reaksiyalar verir. Eyni zamanda, əvvəlki versiyalarla müqayisədə cavablardakı qeyri-dəqiqliklər minimuma endirilib, fikirlər daha aydın, səlis və bütöv şəkildə ifadə olunur. Sistem istifadəçilərə iki fərqli iş rejimi təqdim edir: gündəlik sürətli cavablar üçün "Sürətli" və daha dərin təhlil tələb edən mürəkkəb tapşırıqlar üçün "Mühakiməli" versiya.

Xatırladaq ki, şirkət hələ iyul ayında müstəqil testlərdə rəqiblərini qabaqlayan Grok 4 modelini təqdim etmişdi, lakin həmin versiya yalnız bahalı abunə paketi çərçivəsində əlçatan idi. Grok 4.1-in təqdimatı ilə xAI faktiki olaraq bu güclü texnologiyanı kütləvi istifadəyə açmış olur və rəqabəti daha da qızışdırır.

© copyright 2022 | tech.az | info@tech.az