Az | EN

Xiaomi avtomobillərinin ön şüşələri tamamilə sensor olacaq

Nail Valiyev
17 Aprel 2023 14:14
408 baxış
Xiaomi avtomobillərinin ön şüşələri tamamilə sensor olacaq

Xiaomi  şirkəti avtomobillərin ön şüşələrini ekrana çevirən patenti təqdim edir.

Təqdim olunan patentin məzmununa baxıldığı zaman avtomobillərin ön hissəsindəki şüşələrin ekrana çevrildiyi görünür. Şüşənin altına quraşdırılmış ekran texnologiyası sayəsində sürücülər şüşə ekrandakı təsvirləri həm toxunma, həm də səslə idarə edə biləcəklər. Bununla yanaşı ekrandakı şəkillərin ölçüsü və şəffaflığı kimi bir çox fərdiləşdirmə xidmətləri də sürücülərə təqdim ediləcək. Sürücülər ekrandan istifadə edərək naviqasiya və əyləncə məzmunlu proqramlara daxil ola biləcəklər.

Onu da qeyd edək ki, Çinin Xiaomi şirkəti 2021-ci ildən elektrik avtomobilini istehsal edir və şirkət 2024-cü ilə qədər sektorda lider olmağı hədəfləyir.

© copyright 2022 | tech.az | info@tech.az