“Xiaomi” şirkəti yeni ağıllı akvarium modelini təqdim edib. Məlumat üçün bildirək ki, bir çox funksiyalara sahib “Mijia”adlı akvarium öz daxilini təmizləyə bilən təmizləmə texnologiyası ilə təchiz edilib. Bu da, təbii ki, balıqsevər şəxslərin işini asanlaşdırmağa kömək edəcək. Akvarium həmçinin 91,3% işıq ötürmə qabiliyyətinə malik ultra şəffaf şüşə və temperatur sensoruna malikdir.
Bununla yanaşı, cihaz balıqları uzaqdan qidalandırmaq texnologiyası ilə də təchiz olunub. Akvarium sahibləri “Mijia” mobil proqramı vasitəsi ilə su axınını və işıqlandırma effektlərini uzaqdan tənzimləyə biləcəklər. Bu funksiya evdən kənardə olan şəxslər üçün çox vacib hesab olunur.
Onu da əlavə edək ki, cihazın hazırda Çində satış qiyməti 349 yuandır. Yaxın zamanda daha çox ölkədə satışa çıxarılması gözlənilir.