Xiaomi bu gün təqdim etdiyi SU7 elektrik avtomobilinin rənglərini Xiaomi 14 seriyası və Xiaomi Watch S3-ə verəcəyini açıqlayıb. Avtomobil istifadəçilərə Aqua Blue və Verdant Green olmaqla iki rəng variantında təklif olunacaq. Lakin hələlik bu rəng variantları yalnız Çin bazarı üçün mövcud olacaq.
Xiaomi SU7-nin Çin xaricində beynəlxalq bazarlarda nə vaxt satışa çıxarılacağı bəlli olmasa da, Xiaomi 14 və Xiaomi Watch S3 modellərinin də bu rəng seçimlərindən istifadə edib-etməyəcəyi hələlik dəqiq deyil. Digər tərəfdən, keçmiş söz-söhbətlərə görə Xiaomi 14 Pro-nun rəsmi olaraq Çini tərk etmə ehtimalı az görünür.