Digital Chat Station-un mənbələrinə görə Çin smartfon istehsalçısı Xiaomi-nin yeni və sirli bir model üzərində çalışdığı açıqlanıb. İşə qısa müddət əvvəl başlandığı bildirilən yeni model haqqında bəzi təfərrüatları var. Xiaomi N7 adlanan model tezliklə təqdim oluna bilər.
Xiaomi-nin üzərində çalışdığı N7 modeli, şirkətin hazırkı modelləri ilə müqayisədə fərqli xüsusiyyətlərə sahib olacaq. Üst səviyyə bir cihaz olduğu bilinən modelin Google və Samsung kimi "qatlana bilən telefon" dizaynında ola biləcəyi əsas gözləntilər arasındadır.
Bildiyiniz kimi, Snapdragon 8 Gen 3 prosessoru noyabrda satışa çıxarılacaq. Xiaomi-nin yeni modeli N7-nin üst səviyyə bir cihaz olacağını nəzərə alsaq, yeni modelin Snapdragon 8 Gen 3 prosessoru ilə birlikdə təqdim ediləcəyini təxmin edə bilərik.