Az | EN

Xpeng “Iron” adlı insanabənzər robotunu təqdim etdi

Cəmil Hüseynzadə
06 Noyabr 2025 14:41
34 baxış
Xpeng “Iron” adlı insanabənzər robotunu təqdim etdi

Çinin Xpeng şirkəti “Iron” adlı yeni nəsil humanoid (insanabənzər) robotunu təqdim edib. Şirkət cihazın texniki xüsusiyyətlərini tam açıqlamasa da, TechNode yazır ki, robot üç ədəd Turing süni intellekt çipi ilə təchiz olunub. Bu çiplər hərəkət, görmə və dil qabiliyyətlərini bir sistemdə birləşdirir.

“Iron” modelində “yumşaq” sintetik dəri, süni əzələlər və elastik onurğa sistemi var. Xpeng bildirir ki, bu, tam bərk vəziyyətli (solid-state) batareya ilə işləyən ilk humanoid robota çevrilib.

Şirkət 2026-cı ilin aprelində Iron modelinin kütləvi istehsalına başlamağı planlaşdırır, lakin qiymət hələ açıqlanmayıb.

Xpeng-in baş direktoru He Syaopən təqdimat zamanı qeyd edib ki, müştərilər robotu fərdiləşdirə biləcəklər — cinsini, bədən quruluşunu və konfiqurasiyasını seçimlə müəyyən etmək mümkün olacaq.

Bu yenilik Xpeng-in süni intellekt və robototexnika bazarında Tesla Optimus və Figure AI kimi rəqiblərlə yarışda daha iddialı mövqe tutmaq cəhdidir.

© copyright 2022 | tech.az | info@tech.az