Az | EN

Yandex Ads Telegram kanal sahiblərinə 57 milyon dollar ödəniş edib

Cəmil Hüseynzadə
12 Yanvar 2026 22:49
50 baxış
Yandex Ads Telegram kanal sahiblərinə 57 milyon dollar ödəniş edib

Yandex Telegram platformasında fəaliyyət göstərən kanal müəllifləri və media qurumları üçün qlobal miqyasda dəstəyini genişləndirib. Artıq kontent yaradıcıları Yandex Ads vasitəsilə reklamverən axtarmadan öz Telegram kanallarından gəlir əldə edə biləcəklər.

Yandex Advertising Network (YAN) dünyanın müxtəlif ölkələrində 18 mindən çox Telegram kanalını birləşdirir və bu kanalların ümumi auditoriyası 320 milyondan artıqdır. 2023-cü ildən bəri Telegram-da Yandex Ads üzərindən tətbiq edilən monetizasiya modeli sayəsində kanal sahibləri 57 milyon dollardan çox gəlir qazanıblar. 2025-ci ildə Telegram üzərindən reklam yerləşdirməyə yönələn investisiyalar isə iki dəfə artıb.

Yandex Ads 1500-dən çox abunəçisi olan həm yeni, həm də populyar Telegram kanallarına avtomatik şəkildə mövzu və auditoriyaya uyğun reklamlar təqdim edir. Bu sistem ödənişlərin alınmasını asanlaşdırır və müəlliflərə kontentin inkişafına fokuslanmaq imkanı yaradır.

© copyright 2022 | tech.az | info@tech.az