Az | EN

Yığışın! "Threads"də qrup yaratmaq aktivləşdirilib

Cəmil Hüseynzadə
16 Oktyabr 2025 13:07
37 baxış
Yığışın! "Threads"də qrup yaratmaq aktivləşdirilib

Meta-ya məxsus Threads sosial şəbəkəsi qrup çat funksiyasını istifadəyə verib. İndi istifadəçilər 50 nəfərə qədər şəxsi eyni söhbətə əlavə edə bilərlər. Lakin bütün iştirakçılar çatın yaradıcısına abunə olmalıdır. Qruplara ad vermək mümkündür, gələcəkdə isə dəvət linki vasitəsilə qoşulma funksiyası da əlavə ediləcək.

Şirkət bildirib ki, mesajlar şifrələnməyəcək, çünki Threads şəxsi yazışmalardan çox “isti mövzular”, idman, seriallar kimi maraqlar ətrafında müzakirələr üçün nəzərdə tutulub. Gizli söhbətlər üçün isə digər messencerlərdən istifadə tövsiyə olunur.

Hazırda funksiya bəzi ölkələrdə aktivdir — Böyük Britaniya və Avstraliya üçün buraxılış bir qədər gecikəcək, Avropa İttifaqında isə şəxsi mesajlarla birlikdə yaxın günlərdə istifadəyə veriləcək.

Threads 2023-cü ilin iyulunda istifadəyə verilib və 2025-ci ilin avqustuna qədər 400 milyon aktiv istifadəçi toplayıb.

© copyright 2022 | tech.az | info@tech.az