YouTube bir-birinin ardınca videolara baxan istifadəçilər üçün səs partlayışlarının qarşısını almaq üçün yeni funksiya üzərində işləyir. Şirkət "Stable Volume" (sabit səs) adlandırdığı bu funksiya ilə səs sabitləşməsini təmin etməyi hədəfləyir. Hazırda sınaqda olan funksiya videolar arasında səs səviyyəsini tarazlayaraq istifadəçi təcrübəsini yaxşılaşdırmaq məqsədi daşıyır.
Hələlik rəsmi açıqlama verilməsə də, bu funksiya bir istifadəçi tərəfindən aşkarlanıb. "Stable Volume" funksiyası Spotify-da səs səviyyəsinin normallaşdırılması funksiyasına bənzər şəkildə işləyir və müxtəlif səs səviyyələrini balanslaşdırmaq məqsədi daşıyır.
Bu yeni funksiya sayəsində videoların səs keyfiyyəti artacaq və səs fərqləri aradan qalxacaq. Daha əvvəl Spotify və Apple kimi platformalarda mövcud olan bu funksiya indi YouTube-da yerini alacaq.
Yeni funksiya hələ YouTube-un Android və iOS proqramlarına gəlməyib.