YouTube son həftələrdə reklam bloklayıcılarına qarşı addımlar atmağa başlayıb. Platforma reklam bloklayıcıları aktiv olduğu təqdirdə istifadəçilərə bunu söndürmək üçün xəbərdarlıq edir və ya reklamsız video izləmək istəyirlərsə Premium-a keçmələri barədə bildirir.
Bu xəbərdarlıqlara baxmayaraq, yenə də reklam bloklayıcılarından istifadə edənlərə bununla bağlı heç bir cəza yox idi. Google sözçüsü Oluva Falodun The Verge-ə verdiyi açıqlamada izah edib ki, reklam bloklayıcıları aktiv saxlanılarsa, videoların izlənilməsinin qarşısı alınacaq.
Reklam bloklayıcı ilə 3 videoya baxanlar bir daha video izləyə bilməyəcəklər.
Hal-hazırda test mərhələsində olan xüsusiyyət reklam bloklayıcı aktiv olduğu halda üç videoya baxıldıqdan sonra istifadəçiləri daha çox video izləməyə icazə verməyəcək.
Bu bloklama istifadəçi reklam bloklayıcısını söndürmədiyi müddətcə etibarlı olacaq. Xüsusiyyətin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı isə hələlik məlum deyil.