YouTube 26 iyun tarixindən etibarən Hekayələr funksiyasını bağlayacağını açıqlayıb. Instagram, TikTok, Facebook kimi sosial platformalarda istifadə edilən hekayələr funksiyası yerinə YouTube Shorts kimi formatlara diqqət artırmaq qərarına gəlib.
YouTube ilk dəfə 2017-ci ilin noyabrında Hekayələr formatını YouTube Stories olaraq elan etmişdi. 2018-ci ilin noyabr ayında 10.000-dən çox abunəçisi olan hər kəs üçün formatı açmışdı.
Xatırladaq ki, 2020-ci ilin fevral ayında hekayələrə bənzər bir format yayımlayan iş dünyasının sosial media platforması LinkedIn də bu funksiyanı dayandıracağını açıqlamışdı.