Az | EN

Youtube həmtəsisçisi Bakıya gəlir!

Cəmil Hüseynzadə
19 Aprel 2024 10:52
358 baxış
Youtube həmtəsisçisi Bakıya gəlir!

Regionun ən böyük innovasiya tədbiri “INMerge Innovation Summit” bu il 10-11 oktyabrda keçiriləcək. Əvvəlki illərdə olduğu kimi bu il də sammitdə top spikerlər iştirak edəcəklər. 

Bu ilki tədbirdə Youtube-un həmtəsisçisi Stiv Çen də iştirak edəcək. O Youtube platformasın qurulmasından bəhs edərək auditoriyanı ilhamlandıracaq. Odur ki rəqəmsal dünyanın pionerlərindən olan Stivi dinləmək üçün bu fürsəti qaçırmayın!

Ötən il 2 gün keçirilən tədbirdə Apple şirkətinin həmtəsisçisi Stiv Vozniyak, Shazam-ın qurucusu Kris Barton, “Trendyol Group” şirkətinin direktoru Erdem İnan və s. Qonaqlar iştirak ediblər. Onlar son innovasiya trendlərindən danışıblar. 

Hazırda tədbirin biletləri ön satışdadır və endirimdədir. İlin ən böyük innovasiya sammitində yer almaq üçün tələsin!
Bilet almaq üçün burdan keçid edə bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az