Az | EN

YouTube öz mobil tətbiqinə TikTok-a bənzər funksiyalar əlavə edib

Səbinə Eyvazova
04 Avqust 2023 16:15
265 baxış
YouTube öz mobil tətbiqinə TikTok-a bənzər funksiyalar əlavə edib

YouTube TikTok-a bənzər qısa və şaquli video formatını özündə birləşdirən funksiyalar əlavə edir. Bu addımlarla platforma TikTok ilə oxşarlığını artırır.

YouTube xüsusilə Shorts videoları hazırlayan istifadəçilər üçün bir sıra yeni funksiyalar təqdim edib. Baxdığınız qısa videolarda effekt və ya səsdən istifadə etməyə imkan verən bu xüsusiyyət TikTok və Instagram platformalarında da mövcuddur.

Həmçinin, “Collab” (əməkdaşlıq) adlı funksiya TikTok-un “Duet” funksiyasını YouTube-a gətirir. Bu xüsusiyyət sayəsində istifadəçilər iki videonu yan-yana gətirə biləcəklər. YouTube, həmçinin istifadəçilərə daha çox çıxış imkanı verən canlı yayımların önizləmələrini təklif edir.

Bu funksiyaların növbəti bir neçə ay ərzində tədricən istifadəçilərə təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, YouTube videoların kəsilməsi və böyüdülməsi kimi işləri asanlaşdıran yeni alətlər də təqdim edir.

© copyright 2022 | tech.az | info@tech.az