Instagram və WhatsApp kimi platformalardan sonra YouTube da öz platformasında süni intellektdən istifadəyə başlayıb. Buna uyğun olaraq platforma tezliklə öz mobil tətbiqləri vasitəsilə istifadəçilərə çatbot təklif edəcək. Çatbot şirkət tərəfindən hazırlanmış dil modeli ilə təchiz ediləcək.
İstifadəçilər yeni çatbota video pəncərələrin altında yerləşən “Soruş” düyməsi vasitəsilə daxil olacaqlar. Beləliklə, çatbota müxtəlif suallar vermək imkanı əldə edəcəklər. Bunlardan ən əsası odur ki, istifadəçilər süni intellektdən videonun xülasəsini əldə edə biləcəklər.
Şirkətin “YouChat” adlandırdığı bu funksiya hələlik az sayda insan tərəfindən istifadə ediləcək. Bununla belə, funksiyanın növbəti bir neçə həftə ərzində tədricən istifadəyə veriləcəyi gözlənilir.
Bundan əlavə, YouTube müxtəlif süni intellekt xüsusiyyətləri ilə də gəlir. Bunlara effektlər, redaktə, filtrlər və keçidlərin avtomatlaşdırılması kimi funksiyaları olan YouTube Create daxildir. Bu proqram sayəsində istifadəçilər effektiv platforma istifadəsinə sahib olacaqlar.