Az | EN

YouTube pul qazanma şərtlərini dəyişib

Fidan Abbaszadə
14 İyun 2023 14:33
417 baxış
YouTube pul qazanma şərtlərini dəyişib

YouTube kontent yaradıcılarının YouTube Partnyor Proqramı (YPP) çərçivəsində monetizasiya alətlərinə giriş əldə etmək üçün tələblərini azaldır. Şirkət YPP-ə qoşulmuş olan və 20.000-dən çox abunəçisi olan ABŞ-da yaşayan kontent yaradıcıları üçün ortaqlıq proqramını genişləndirir.

Şirkət partnyor proqramı üçün uyğun olmaq üçün yeni şərtlərin olduğunu bildirib:

1) 500 abunəçinin olması

2) Son 90 gündə 3 ictimai yükləmə;

3) və ya son bir ildə 3000 saat, ya da son 90 gündə 3 milyon Shorts baxışı.

Əvvəllər isə şərtlər belə idi:

1) Ən azı 1000 abunəçinin olması;

2) və ya son bir ildə 4000 baxış saatı, ya da son 90 gündə 10 milyon Shorts baxışı.

YouTube bu yeni meyarları ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada tətbiq edir. Daha sonra proqramı yeni halı ilə YPP-nin mövcud olduğu digər ölkələrə də yayacaq.

Şirkət Shorts yaradıcıları üçün yeni pul qazanma yollarının tətbiqinə diqqət yetirir. Fevral ayında YouTube həmçinin Shorts-da reklam gəlirlərini kontent yaradıcıları ilə paylaşmağa başlayıb.

© copyright 2022 | tech.az | info@tech.az