Az | EN

Youtube "Playables" xüsusiyyətini sınaqdan keçirir

Səbinə Eyvazova
07 Sentyabr 2023 16:33
225 baxış
Youtube "Playables" xüsusiyyətini sınaqdan keçirir

Keçən iyun ayında Google-un "Playables" adlı yeni funksiya üzərində işlədiyi bildirilmişdi.  Bu gün Youtube Playables-in ilk sınaqlarına başlayıb. 
Hazırda müəyyən beta istifadəçiləri üçün əlçatan olan "
Playables" hələ başlanğıc mərhələsindədir. Test istifadəçiləri üçün bu xüsusiyyət  masaüstü və ya mobil cihazınızda istifadə etməyinizdən asılı olmayaraq mini oyunlara daxil olmaq imkanı verir. Bununla belə, Playables proqramının bir hissəsi kimi hansı oyun növlərinin təklif ediləcəyi ətraflı açıqlanmayıb.

Amma sızdırılan məlumatlara görə, bu oyunlardan biri də mobil platformalarda mövcud olan Stack Bounce olacaq. Xatırladaq ki, bu oyun əvvəllər GameSnacks xidmətində təklif edilmişdi.

© copyright 2022 | tech.az | info@tech.az