Hindistan mərkəzli elektrik motosiklet istehsalçısı Ultraviolette Zoho Corporation və İtaliyanın Exor NV şirkətinə məxsus Lingotto investisiya fondundan 45 milyon dollar investisiya alıb.
Şirkət vəsaiti F77 və X-47 modellərinin istehsalını genişləndirməyə, həmçinin üzərində işlədiyi yeni məhsullar Shockwave və Tesseract üçün "R&D" proseslərini sürətləndirməyə yönəldəcək.
Ultraviolette hazırda Hindistanın 30 şəhərində fəaliyyət göstərir və bu rəqəmi 2026-cı ilin ortalarınadək 100 şəhərə çatdırmağı planlaşdırır. Bu il isə şirkət F77 modelinin satışına Böyük Britaniyada başlayıb və artıq 12 ölkədə fəaliyyət göstərir.
2025-ci ildə şirkət təxminən 1168 elektrik motosikleti satıb. Mart 2025-də başa çatan maliyyə ilində gəliri 36,1 rupi (4 milyon dollar), xalis zərəri isə 116,3 rupi (12,9 milyon dollar) olub.
Ultraviolette-in digər investorları arasında TVS Motor, Qualcomm Ventures, TDK Ventures və Speciale Invest də yer alır.
Zoho Corporation Hindistan mənşəli, qlobal fəaliyyət göstərən bir proqram təminatı şirkətidir. Şirkət bulud əsaslı biznes həlləri ilə tanınır və CRM, ofis tətbiqləri, layihə idarəetməsi, mühasibatlıq, HR və yüzlərlə digər məhsulu əhatə edən 55-dən çox SaaS tətbiqi təqdim edir.
