Az | EN

23 nəfər "Mələk İnvestorlar Məktəbi"ndən məzun olub

Cəmil Hüseynzadə
18 May 2024 21:33
269 baxış
23 nəfər "Mələk İnvestorlar Məktəbi"ndən məzun olub

“Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə “Mələk İnvestorlar Məktəbi” məzun günü keçirilib. Tədbirdə məktəbin məzunları, investorlar və qonaqlar iştirak ediblər. Tədbirin açılışında “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun rəhbəri Fərid İsmayılzadə çıxış edib. O "Angel Investor School" haqqında məlumat verməklə məzunların gələcəkdə hansı yolu izləmələri olduqları haqqında danışıb. Məzun olan 23 şəxs Angel Investor Club-a üzv olub. 
Daha sonra tədbirin açılışında proqramın tərəfdaş qurumları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən investisiyalar şöbəsinin müdiri Ağahüseyn Əhmədov təşkilatın göstərdiyi dəstək və xidmətdən, SABAH.hub-dan idarə heyəti üzvü Orxan Abbasov görülən işlərdən, startaplara göstərdikləri dəstəkdən danışıblar.
Tədbir müddətində keçirilən panel müzakirədə Caucasus Ventures GP-si Məmməd Kərim, SABAH.hub-ın direktoru Rəhim Bayramlı, Spatium-un direktoru Gərək Yusifov panelis, Ağahüseyn Əhmədov moderator olaraq çıxış ediblər. 
“Technovate-Sabah Mələk İnvestorlar Klubu” Azərbaycanın ilk Mələk İnvestorlar Klubu olub ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmağı və eyni zamanda onların global startaplara investisiya qoymasına dəstək olaraq Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. Klub 2022-ci ildə “Technovate” şirkətinin rəhbəri Fərid İsmayılzadə və SABAH.hub tərəfindən təsis olunub. Klubun rəsmi tərəfdaşı və əsas sponsoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir.

 

© copyright 2022 | tech.az | info@tech.az