WhatsApp-da təkcə Hindistanda yanvar ayı ərzində 3 milyona yaxın hesab bloklanıb.
WhatsApp-ın dərc etdiyi hesabata görə, platforma 2023-cü ilin ilk ayında Hindistanda 2 milyon 918 min hesab bloklanıb. Bu hesabların 1 milyon 38 mini əvvəlcədən aşkar edilərək heç bir şikayət edilmədən bağlanıb.
Onu da vurğulayaq ki, platforma normalda hesabları istifadəçi şikayətləri əsasında bağlayır. Bununla belə, WhatsApp bəzən platformadan sui-istifadə hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir.