Az | EN

4SİM və SABAH.HUB ölkədə Startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Cəmil Hüseynzadə
27 İyun 2024 15:52
324 baxış
4SİM və SABAH.HUB ölkədə Startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Bakıda keçirilən “Baku ID” (Baku Investment Day) festivalı çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və SABAH.HUB İnnovasiya Mərkəzi arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.

Anlaşma memorandumunu 4SİM-in icraçı direktoru Fariz Cəfərov və SABAH.HUB -ın İcraçı direktoru Rəhim Bayramlı imzalayblar.

Memoranduma əsasən tərəflər ölkədə innovasiya ekosisteminin inkişafı, Süni intellekt fokuslu beynəlxalq və yerli universitetlərlə ikili diplom proqramlarının təsis olunması, təcrübəli insan kapitalının ölkəyə cəlb olunması, tədqiqat və təlim proqramları sahəsində əməkdaşlıq edəcəklər.

Sənəd həmçinin rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində elm və sənaye klasterinin yaradılması üçün birgə səylərin davam etdirilməsi, habelə Dünya İqtisadi Forumunun (DİF) “Qlobal İnnovatorlar” icması ilə oxşar təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı əməkdaşlığı ehtiva edir. 4SİM və SABAH.HUB DİF-in “Unicorns” və “Technology Pioneers” icmaları ilə əməkdaşlıq edərək Azərbaycan startaplarınına həmin icmalara üzvlüyünə dəstək olacaq.

© copyright 2022 | tech.az | info@tech.az