Elektrikli avtomobil dövrünü sürətlə davam etdirdiyimiz bir vaxtda yük maşınlarından avtobuslara qədər bir çox nəqliyyat vasitəsi elektrikləşmə yolundadır. Bunlardan biri Mega Beast adlı GreenPower markasının yeni məktəb avtobusudur. Bu tam elektriklə işləyən məktəb avtobusu 90 nəfərlik sərnişin tutumuna malikdir.
Sarı Amerika məktəb avtobuslarınının konsepsiyaya əsaslanaraq, GreenPower adlı elektrik avtomobil şirkəti Mega Beast adlı sarı məktəb avtobusunu təqdim edib. 90 nəfərlik sərnişin tutumu olan bu nəhəng avtobusun həm də nəhəng akkumulyatorları var.
GreenPower tərəfindən edilən açıqlamaya görə 387 kVt batareyaya və təxminən 300 mil (480 kilometr) məsafə qət edən Mega Beast hazırda ən uzun, ən güclü və ən geniş məktəb avtobusdur. Litium dəmir fosfat (LFP) batareya paketindən istifadə edən Mega Beast, əslində GreenPower tərəfindən son illərdə təklif olunan 140 mil (225 kilometr) məsafədə 197,3 kVt batareyaya sahib olan Beast modelinin inkişafıdır.
Dizellə işləyən məktəb avtobusu təxminən 100 min dollara satılarkən, elektriklə işləyən avtobusların qiyməti 300 min ilə 400 min dollar arasında dəyişir. Bununla belə, elektrik avtobuslarının texniki xidmət xərcləri kifayət qədər aşağıdır. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi də bunu etmək istəyən məktəblərə stimullar verir.