Az | EN

ABŞ 13 yaşından kiçiklərin sosial mediyaya girişini qadağan edəcək qanun layihəsi hazırlayıb

Nail Valiyev
01 May 2023 13:23
270 baxış
ABŞ 13 yaşından kiçiklərin sosial mediyaya girişini qadağan edəcək qanun layihəsi hazırlayıb

Son illərdə sosial medianın uşaqlara təsiri ciddi şəkildə müzakirə olunur. Bir çox ölkələr uşaqların sosial mediadan istifadəsini məhdudlaşdırsa da, sosial media şirkətləri də valideyn nəzarətini artırıb.

ABŞ sosial medianın uşaqlara təsirini minimuma endirmək üçün sərt qaydalar tətbiq etməyə hazırlaşır. Belə ki, ABŞ-da 13 yaşından kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

Senatda 13 yaşından kiçik uşaqların sosial mediaya girişinin qadağan olunması ilə bağlı razılıq əldə edilib. Qanun layihəsinə əsasən, 13-17 yaş arası uşaqlar isə sosial mediadan istifadə etmək üçün valideyn razılığını almalı olacaqlar.

Layihənin qanuna çevrilməsi üçün əvvəlcə Senatda, sonra isə Nümayəndələr Palatasında qəbul edilməsi lazımdır.

Əgər, Co Bayden də təsdiq edərsə, yeni qanunun qüvvəyə minməsi gözlənilir.


 

© copyright 2022 | tech.az | info@tech.az