Az | EN

Dələduzlar Myanmaya 350 metrlik gizli fiber-optik kabellə internet çəkiblər

Cəmil Hüseynzadə
16 Oktyabr 2026 16:37
71 baxış
Dələduzlar Myanmaya 350 metrlik gizli fiber-optik kabellə internet çəkiblər

Qanunsuz bağlantı

Tailandda hüquq-mühafizə orqanları sərhədi keçərək Myanmaya internet ötürən təxminən 350 metrlik qanunsuz fiber-optik kabel aşkarlayıb. South China Morning Post nəşrinin məlumatına görə, bağlantı qonşu ölkədə fəaliyyət göstərdiyi ehtimal edilən internet dələduzluğu mərkəzinin və qanunsuz kazinonun işləməsini təmin etmək üçün istifadə oluna bilərdi.

Polis Tailandın Kançanaburi əyalətində, Myanma sərhədinə yaxın Nonq Lu kəndində bir neçə evdə şübhəli fəaliyyət barədə məlumat aldıqdan sonra araşdırmaya başlayıb. İki köhnə evin gündəlik internet trafiki bütöv bir kəndin tələbatına yaxın olub.

Yoxlama zamanı möhkəm qoruyucu örtüyə malik, 48 lifli fiber-optik kabel aşkarlanıb. Dirəklər üzərindən çəkilən xətt təxminən 350 metr məsafədə dövlət sərhədini keçərək Myanmaya uzanıb. İlkin ehtimala görə, kabel adi rabitə infrastrukturu yan keçilməklə internet trafikini Tailanddan Myanmaya ötürmək üçün çəkilib.

© copyright 2022 | tech.az | info@tech.az