Az | EN

ABŞ 2030-cu ilə qədər iki böyük çip fabriki quracaq

Bənövşə Kazımova
25 Fevral 2023 12:25
369 baxış
ABŞ 2030-cu ilə qədər iki böyük çip fabriki quracaq

2021-ci ilin əvvəlində avtomobil sənayesində yaranan və daha sonra digər sənayelərə yayılan qlobal çip təchizatı problemləri istehsal xətlərində fasilələrə səbəb olur. Bu səbəbdən bir çox ölkələr gələcəkdə bu bazarda daha da güclənmək üçün böyük investisiyalar yatırırlar.

Bu ölkələrdən biri olan ABŞ 2030-cu ilə qədər qabaqcıl yarımkeçiricilər istehsalı üçün ən azı iki iri miqyaslı istehsal mərkəzi yaratmağı hədəfləyir. Bu barədə ABŞ Ticarət naziri Gina Raimondo məlumat verib.

Məlumatda bildirilib ki, ABŞ-ın tətbiq etdiyi çip qanunu çərçivəsində ilk maliyyə müraciətləri gələn həftə qəbul edilməyə başlayacaq. Müraciət edən şirkətlər çipləri ABŞ sərhədləri daxilində istehsal etmək üçün müxtəlif təşviqlər alacaqlar. 1990-cı ildə qlobal çip istehsal gücünün 37%-nin ABŞ-ın payına düşdüyünü xatırladan Raimondo bu nisbətin bu gün 12%-ə düşdüyünü bildirib. O, həmçinin qeyd edib ki, xarici yarımkeçirici tədarük zəncirlərindən asılılığı ölkə iqtisadiyyatına zərər verir.

Onu da əlavə edək ki, ABŞ həmçinin güclü yarımkeçirici Ar-Ge ekosistemi qurmaq üçün 11 milyard dollar investisiya edəcək.

© copyright 2022 | tech.az | info@tech.az