Az | EN

Fransız investisiya şirkəti üçüncü fonu üçün 200 milyon avro toplayıb

Nigar Sultanli
28 Mart 2025 11:43
131 baxış
Fransız investisiya şirkəti üçüncü fonu üçün 200 milyon avro toplayıb

Parisdə yerləşən investisiya şirkəti Daphni, "Daphni Blue" adını verdiyi üçüncü fonunun ilk bağlanışını tamamlayıb. Şirkət indiyə qədər 200 milyon avro toplayıb və ilin sonuna qədər bu məbləği 250 milyon avroya çatdırmağı hədəfləyir.

Daphni 2015-ci ildən bəri Back Market, Swile, Hubcycle və Pasqal kimi diqqətəlayiq startaplara sərmayə qoyub və ümumilikdə 70 Avropa mərkəzli startapa dəstək verib. Yeni fon ilə 40 yeni startapa daha investisiya etməyi planlayan Daphni, fonun məhdud tərəfdaşları arasında Crédit Mutuel Arkéa, Bpifrance, Avropa Yatırım Fondu, PRO BTP və Swen Capital Partners kimi mühüm adların olduğunu açıqlayıb.

Daphni-nin qurucu ortaqı Pierre-Eric Leibovici, yeni yatırımlar edərkən necə fərq yarada biləcəklərini və eyni zamanda davamlı texnologiyaları necə dəstəkləyəcəklərini düşündüklərini bildirib. Süni intellektə yatırımlar hər keçən gün artır, Daphni isə fundamental elmləri innovasiyanın yeni dalğası kimi görür.

Şirkət həyat elmləri, biologiya, fizika, kimya və riyaziyyat kimi sahələrə fokuslanaraq elmi əsaslı startapları dəstəkləyəcək. Leibovici-yə görə, kvant hesablama, əsas fizika ilə proqram və hardware-nin birləşməsi; böyük dil modelləri eyni zamanda riyazi bir inqilabdır. Buna görə Daphni, investisiya komandasını genişləndirərək bir doktorant və bir doktorant tələbəsini komandaya qatıb.

Həmçinin, alimlərin girişimçiliyə daha açıq olduğunu vurğulayan Leibovici, “Yeni nəsil tədqiqatçılar, ətraflarında girişim qurmuş dostlarını gördükcə, öz işlərini ticariləşdirməyə daha çox meyl edirlər” deyib. Fransız universitetlərinin amerikalı tədqiqatçıları cəlb etmək üçün büdcə ayırdığı bir dövrdə, Daphni-nin fundamental elmlərə yönəlməsinin təsadüf olmadığını bildirib və Avropada girişim quran amerikalı tədqiqatçılara investisiya etməyə açıq olduğunu da vurğulayıb.

Gələcəkdə Daphni-nin əsas diqqəti bu yeni fonu effektiv şəkildə idarə etmək və uğurlu çıxışlarla investorlarına güclü gəlirlər təmin etmək olacaq. Leibovici-nin sözləri ilə: “Investisiya fonu toplamaq bir məqsəd deyil. Əsas məqsəd, investorlarımıza mənfəətli çıxışlar təqdim etməkdir.”

© copyright 2022 | tech.az | info@tech.az