Az | EN

ABŞ Hökuməti Intel-dən 10% Hissə Alıb

Nigar Sultanli
25 Avqust 2025 11:42
88 baxış
ABŞ Hökuməti Intel-dən 10% Hissə Alıb

Bu addım Tramp və Ticarət Naziri Howard Lutnick-in Intel-in CEO-su Lip-Bu Tan ilə keçirdikləri görüşdən sonra qəbul edilib. Prezident Tramp bu anlaşmanı həm Amerika, həm də Intel üçün “möhtəşəm fürsət” adlandırıb.

Intel-dən verilən açıqlamaya görə, hökumət şirkətin idarə heyətində yer almayacaq və digər idarəetmə hüquqlarına sahib olmayacaq. Şirkət, ABŞ-də bütün çip istehsalını həyata keçirən yeganə müəssisədir.

Razılaşmaya əsasən, hökumət 433,3 milyon səhm alıb və hər səhm üçün 20,47 dollar ödəyib. Beləliklə, hökumət xüsusi endirim sayəsində bu səhmləri bazar qiymətindən, yəni 11 milyard dollardan daha ucuz əldə edib.

Bu alış üçün ödənilən 8,9 milyard dolların 5,7 milyardı CHIPS Act adlı proqram çərçivəsində Intel-ə veriləcək dövlət qrantlarından, qalan 3,2 milyard dollar isə digər hökumət dəstəklərindən qarşılanacaq. Əvvəllər Intel Ohio-dakı zavodları üçün CHIPS Act proqramından 8 milyard dollarlıq bir qrant almağı gözləyirdi, lakin bu vəsaitin ayrılması gecikmişdi. İndi isə bu dəstək, dövlətin şirkətdəki səhm payı şəklində rəsmiləşdirilib.

Qısaca desək, ABŞ hökuməti həm çip sənayesini dəstəkləyir, həm də Intel-ə investisiya edərək strateji addım atmış olur.

© copyright 2022 | tech.az | info@tech.az