ABŞ hökuməti dövlət işçilərinə "TikTok"dan istifadə etməyi qadağan edib.
Bu barədə Texas qubernatoru Qreq Ebbot sərəncam imzalayıb.
Nəzərinizə çatdıraq ki, bu qadağa yalnız dövlət qulluqçularına işlədikləri təşkilatlar tərəfindən verilən xidmət cihazlarına şamil edilir. Bu cihazlara təkcə smartfonlar deyil, planşetlər, həmçinin kompüterlər və noutbuklar da daxildir. Bu qadağa Çin hakimiyyətinin "TikTok" tətbiqi vasitəsilə həyata keçirə biləcəyi telefon dinləmələrinin qarşısını almaq üçün atılıb.
Bundan əlavə, oxşar sərəncamı Cənubi Dakota ştatının qubernatoru Kristi Noem də verib.