Az | EN

ABŞ küçələrində hamı açıq MacBook-la gəzir

Cəmil Hüseynzadə
14 May 2026 15:05
40 baxış
ABŞ küçələrində hamı açıq MacBook-la gəzir

ABŞ küçələrində yarıaçıq MacBook ilə gəzən insanların sayı sürətlə artır. Business Insider bu yeni trendi “agentomaniya” adlandırıb. Söhbət əsasən AI vasitəsilə kod yazan “vibe coder”lərdən gedir.

Məsələ ondadır ki, Claude Code kimi AI alətləri işləyərkən MacBook-un qapağını bağlamaq olmur. Əks halda proses dayanır və görülən iş sıfırlana bilər. Buna görə də bir çox insan noutbuku yarıaçıq vəziyyətdə özü ilə daşımağa başlayıb.

Məqalədə qeyd olunur ki, ABŞ və Kanadada bir çox sahibkar, influencer və texnologiya həvəskarı qəhvə içərkən, təyyarədə olarkən və ya gündəlik işlərini görərkən AI-ni arxa planda işlətmək üçün MacBook-u açıq saxlayır.

Sosial şəbəkələrdə isə istifadəçilər bunun qəribə göründüyünü desələr də, bəziləri sadə bir həll yolunu xatırladıb. Belə ki, Amphetamine adlı tətbiq MacBook qapalı olsa belə cihazın “sleep mode”a keçməsinin qarşısını alır.

© copyright 2022 | tech.az | info@tech.az