Az | EN

Texas Netflix-i məhkəməyə verdi: “İstifadəçilərə gizli nəzarət edib”

Cəmil Hüseynzadə
14 May 2026 11:13
66 baxış
Texas Netflix-i məhkəməyə verdi: “İstifadəçilərə gizli nəzarət edib”

ABŞ-ın Texas ştatının hakimiyyəti Netflix şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Bu barədə Reuters məlumat yayıb.

Ştatın baş prokuroru Ken Paxton bildirib ki, platforma istifadəçilərin şəxsi məlumatlarını qanunsuz şəkildə toplayıb. Onun sözlərinə görə, şirkət hətta uşaq profilləri vasitəsilə də istifadəçiləri izləyib.

İddiada qeyd olunur ki, Netflix illərlə müştəriləri aldadıb. Belə ki, platforma məlumatların üçüncü tərəflərə ötürülməyəcəyini vəd etsə də, guya onları gizli şəkildə reklam şirkətlərinə satıb.

Bundan əlavə, servis “qaranlıq interfeys üsulları”ndan (dark patterns) istifadə etməkdə də ittiham olunur. İddiaya əsasən, avtomatik video oynatma funksiyası kimi alətlər istifadəçilərdə asılılıq yaratmaq məqsədi daşıyıb.

Texas hakimiyyəti Netflix-dən şəxsi məlumatların qanunsuz toplanmasını dayandırmağı, uşaq hesablarında avtomatik oynatma funksiyasını söndürməyi və böyük məbləğdə cərimə ödəməyi tələb edir.

© copyright 2022 | tech.az | info@tech.az