Adidas LEGO şirkətiylə daimi əməkdaşlıq edir. Və bu əməkdaşlıq çərçivəsində Adidas Superstart ayaqqabılarının Lego versiyası təqdim edilib.LEGO x Adidas Superstar əməkdaşlığının ən maraqlı cəhətlərindən biri onun 17 əlavə LEGO elementinin olmasıdır. Ayaqqabı özündə Həm Lego-nun maraqlı dizaynını, həm də digər dizayn xüsusiyyətlərini daşıyır. Ayaqqabının daha real görünməsi üçün o, ayaqqabı bağı ilə birlikdə gəlir və orijinal ayaqqabı qutusuna yığılır. Bunun vasitəsilə siz onun sol ayaqqabı, yoxsa sağ ayaqqabı olacağına qərar verə bilərsiniz. Qeyd edək ki, LEGO x Adidas Superstar ayaqqabıları 18 yaş və yuxarı hər kəs üçün uyğundur. Kolleksiyanın ayaqqabıları təxminən 10,5 düyüm uzunluğunda, 4,5 düyüm hündürlükdə, 3,5 düyüm enindədir. Bildirilib ki, dəstdə cəmi 731 LEGO parçası var.