Az | EN

Adobe Firefly süni intellekt modelini bizneslər də istifadə edə biləcək

Fidan Abbaszadə
08 İyun 2023 15:03
260 baxış
Adobe Firefly süni intellekt modelini bizneslər də istifadə edə biləcək

Adobe Firefly bizneslərə özəl olaraq hazırlanmış yeni platformasını təqdim edib. Adobe Summit tədbirində elan edilən Adobe Firefly for Enterprise yaradıcılıq bacarıqlarından asılı olmayaraq şirkət daxilindəki hər bir işçiyə sürətli şəkildə şəkillər yaratmağa bu da marketinq kampaniyalarında, sosial media reklamlarında, korporativ reklamlarda istifadə oluna bilər. 

Adobe-nin bizneslər üçün olan yeni platformasının dəqiq qiymətləri hələ ki, bəlli deyil. Firefly for Enterprise üçün təsdiqlənmiş buraxılış tarixi ilə bağlı da məlumat verilməyib.

Qeyd edək ki, Firefly beta istifadəçiləri üçün 2023-cü ilin martında istifadəyə veriləndən bəri 200 milyondan çox şəkil yaradıblar.

© copyright 2022 | tech.az | info@tech.az