Az | EN

Binance.US 1 milyard dollar qiymətləndirmə ilə 100 milyon dollara qədər investisiya cəlb etmək istəyir

Cəmil Hüseynzadə
16 Oktyabr 2026 11:39
100 baxış
Binance.US 1 milyard dollar qiymətləndirmə ilə 100 milyon dollara qədər investisiya cəlb etmək istəyir

Binance kriptovalyuta birjasının ABŞ bölməsi Binance.US biznesini genişləndirmək məqsədilə təxminən 1 milyard dollar qiymətləndirmə ilə 100 milyon dollara qədər investisiya cəlb etməyi planlaşdırır. Məsələ ilə tanış olan mənbənin sözlərinə görə, maliyyələşdirmənin şərtləri hələ dəyişə bilər.

ABŞ Prezidenti Donald Trampın həmtəsisçilərindən olduğu World Liberty Financial şirkətinə bu investisiya planı barədə məlumat verilsə də, mənbənin bildirdiyinə görə, şirkət maliyyələşdirmədə iştirak etmir.

Binance.US 2022-ci ildə 4,5 milyard dollar ilkin qiymətləndirmə ilə 200 milyon dollardan çox investisiya cəlb etmişdi. Lakin Binance Holdings-in 2023-cü ildə ABŞ hakimiyyət orqanları ilə razılaşmasından sonra birja bazar payının bir hissəsini itirib.

Binance.US qlobal Binance platformasından ayrı fəaliyyət göstərir və onu BAM Trading Services idarə edir. Bununla belə, Binance-in həmtəsisçisi Çanpen Çjao hər iki şirkətdə əsas səhmdarlardan biridir. ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) əvvəllər hər iki şirkəti məhkəmə iddiasında göstərmişdi. Həmin iddia 2025-ci il mayın 29-da ləğv edilib.

Mənbənin sözlərinə görə, Binance.US xarici ticarət likvidliyindən, o cümlədən qlobal Binance platformasından istifadə imkanlarını da müzakirə edib, lakin bununla bağlı yekun qərar verilməyib. Şirkət bəzi ştatlarda pul köçürmələri üçün lisenziyalarını bərpa etməyə və bazar iştirakçılarını cəlb etməyə də çalışır.

© copyright 2022 | tech.az | info@tech.az