Az | EN

Adobe Illustrator-u və PDF formatını hazırlayan JOHN WARNOCK vəfat edib

Cəmil Hüseynzadə
20 Avqust 2023 15:59
293 baxış
Adobe Illustrator-u və PDF formatını hazırlayan JOHN WARNOCK vəfat edib

Adobe şirkətinin həmtəsisçisi Con Uornok (JOHN WARNOCK) şənbə günü 82 yaşında vəfat edib. Onun ölüm səbəbi açıqlanmayıb.

Uornok  Çarlis Geschke ilə birlikdə 1982-ci ildə Adobe şirkətini təsis edib. O, 2000-ci ilə qədər şirkətin baş direktoru vəzifəsində çalışıbı və 2017-ci ilə qədər idarə heyətinin sədri olub. Warnockun proqram təminatı sənayesinə verdiyi töhfələr və onun rəhbərliyi Adobe-ni geniş şəkildə tanıdıb.

Adobe CEO-su Şantanu Narayen Uornokun vəfatından kədərləndiyini bildirib və onun həm şirkətə, həm də sənayeyə təsirini vurğulayıb. Narayen işçilərə göndərdiyi e-poçtda, "Adobe icması və onilliklər ərzində ilham aldığı sənaye üçün kədərli bir gündür" qeydini edib.

Uornok Adobe-nin qabaqcıl məhsulu olan Photoshop-un inkişafında mühüm rol oynayıb. O həmçinin Adobe Illustrator proqramını və PDF formatını hazırlayıb.

© copyright 2022 | tech.az | info@tech.az