Az | EN

Adobe-nin süni intellekt aləti Firefly hər kəs üçün əlçatan oldu

Cəmil Hüseynzadə
14 Sentyabr 2023 10:44
543 baxış
Adobe-nin süni intellekt aləti Firefly hər kəs üçün əlçatan oldu

Adobe Firefly generativ süni intellektini Photoshop, Illustrator və Express istifadəçiləri üçün əlçatan etdiyini açıqlayıb. Şirkət həmçinin Creative Cloud abunəçiləri üçün əlçatan olan Firefly adlı müstəqil veb tətbiqini təqdim edib.

Adobe məhsullarının ödənişli istifadəçiləri tarif planlarından asılı olaraq məhdud sayda kredit əldə edəcəklər. Məsələn, Photoshop, Illustrator və ya Premier Pro abunəçiləri üçün ayda 500 kredit, bütün Creative Cloud proqramlarına abunə olan istifadəçilər isə ayda 1000 kredit əldə edə bilərlər. Adobe ID-si olan pulsuz istifadəçilər ayda 25 kreditdən istifadə edə biləcəklər.

Kreditlər tükənsə, Firefly-ə girişi itirilməyəcək lakin daha yavaş işləyəcək. Xidmətin veb versiyasının və Express Premium-un abunəçiləri isə ayın sonuna qədər gündə cəmi iki kredit əldə edəcəklər.

Yaradılan bütün məzmunun süni intellekt tərəfindən yaradıldığını müəyyən edəcək metadata olacaq. Şirkət həmçinin işlərinin Firefly-ni öyrətmək üçün istifadəsinə icazə verən müəlliflərə mükafat ödəməyi planlaşdırır. Təfərrüatları açıqlamadan Adobe izah etdi ki, onun ölçüsü təqdim edilən məlumatların miqdarından asılı olacaq.

Adobe 2023-cü ilin may ayında Photoshop-un beta versiyasına Firefly AI xidmətinin xüsusiyyətlərini əlavə etmişdi. Onun köməyi ilə istifadəçilər yeni obyektlər əlavə edə , mövcud olanları daha dəqiq silə və mövcud təsvir əsasında fon yarada bilirlər.

© copyright 2022 | tech.az | info@tech.az