Az | EN

AlchemistX Accelerator and Silicon Valley Residency proqramların qeydiyyat başlayıb

Cəmil Hüseynzadə
18 İyun 2024 19:01
822 baxış
AlchemistX Accelerator and Silicon Valley Residency proqramların qeydiyyat başlayıb

Startapları üçün AlchemistX Accelerator və Silikon Vadisi Rezidentlik proqramlarına qeydiyyat başlayıb. Proqrama seçiləcək startaplar B2B-yə yönəlmiş aparıcı Alchemist Accelerator proqramında iştirak və Silikon Vadisində 5 aya qədər yaşamaq imkanı qazanacaqlar.

Bu proqramlar Alchemist Accelerator, Astana Hub, Silkroad Innovation Hub ilə əməkdaşlıqla və MCRIAP, Dünya Bankı və FPIP layihəsinin dəstəyi ilə təşkil olunub. 

Bu 5 aylıq səyahət Mərkəzi Asiya və qonşu bölgələrdən yüksək potensiala malik startapların ABŞ bazarına daxil olmasına kömək edəcək. Silikon Vadisi, Kaliforniyada keçiriləcək proqram əyani və onlayn seminarlar və görüşlərlə keçiriləcək. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Türkmənistan, Türkiyə, Özbəkistandan olan startaplar proqramda iştirak üçün müraciət edə bilərlər. Tələblər:

- B2B fokus, proqrama 5 aylıq öhdəlik, mövcud müştəri bazası, İngilis dilində səlis bilik, Qazaxıstan qanunlarına uyğun qeydiyyatdan keçmiş hüquqi şəxs


Qeydiyyat linki: https://astanahub.com/ru/l/Alchemist

© copyright 2022 | tech.az | info@tech.az