Az | EN

Alyonka dizayınında telefon qoburu

Cəmil Hüseynzadə
15 Aprel 2022 13:30
338 baxış
Alyonka dizayınında telefon qoburu

Lüks smartfon və aksesuarları brendi Caviar Rusiya və Çin arasındakı dostluğu yeni kolleksiya - premium Çin smartfonu Huawei P50 Pro-nun Alyonka şokoladı və White Rabbit şirniyyatları üslubunda modifikasiyası ilə təqdim edib. "White Rabbit" konfeti uzun müddətdir ki, bütün dünyada Çinin vizit kartı olmuşdur. Ilk dəfə 1943-cü ildə Şanxayda hazırlanan bu konfet "şirin" kolleksiyasının dizaynlarından birinə həsr olunub. İkinci dizayn Rusiya istehsalı olan məşhur Alyonka şokoladı üslubunda hazırlanmışdır. "Alyonka" seçilməsi heç də təsadüfi deyil. Caviar-ın çinli tərəfdaşları və müştəriləri onu Çində “ən tanınan Rusiya məhsulu” adlandırdılar. Kolleksiya modelləri Çin və Rusiyanın ən məşhur şirniyyatlarına həsr olunub və iki dövlət arasında dostluq tarixini əks etdirmək üçün nəzərdə tutulub. Məhdud sayda istehsal edilən qoburlar heç də ucuz deyil. Alyonka dizaynlı qobur üçün müştərilər 7 140 dollar, White Rabbit üçün isə 10 440 dollar ödəməlidirlər.

© copyright 2022 | tech.az | info@tech.az