Az | EN

Amazon Hindistandakı investisiyasını 26 milyard dollara çatdırır

Səbinə Eyvazova
26 İyun 2023 11:14
163 baxış
Amazon Hindistandakı investisiyasını 26 milyard dollara çatdırır

Amazon 2030-cu ilə qədər Hindistandakı investisiyalarını 26 milyard dollara çatdıracağını və planlaşdırılan yeni investisiyalara 6,5 ​​milyard dollar əlavə edəcəyini açıqlayıb. 

İnvestisiyaların artırılması qərarı Amazon şirkətinin rəhbəri Endi Jassy və Hindistanın baş naziri Narendra Modinin ABŞ-da görüşündən sonra qəbul edilib.

Amazon bloq yazısında Modi və Jassy Hindistan startaplarını dəstəkləmək, iş yerləri yaratmaq, ixracı artırmaq, rəqəmsallaşmaq və fərdləri və kiçik biznesləri qlobal miqyasda rəqabət aparmaq üçün gücləndirməklə bağlı danışdıqları da qeyd olunub. 

© copyright 2022 | tech.az | info@tech.az