Tech.az Media-nın tərəfdaşlığı və FemTech şirkətinin təşkilatçılığı ilə FemTalk keçirilib. Baş tutan görüşdə Amerika universitetlərinə qəbul olmuş həmyerlilərimiz Tech.az Media-nın suallarını cavablandırıb. Onlar müsahibə niyə bu universitetləri seçdiklərindən və hansı mərhələlərdən keçdiklərindən danışıblar. Həmçinin FemTalk barədə ümumi fikir və təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, Dəniz Səttarlı Massaçusets Texnologiya İnstitunun Kimya mühəndisliyi ixtisasına və İradə Feyzullayeva isə Con Hopkins Universitetinin Robototexnika mühəndisliyi ixtisasına qəbul olub.