Şəhriyar (Sako) Məmmədov süni intellekt və kiber təhlükəsizlik üzrə mühəndisdir. 60-dan çox hackathon təcrübəsi ilə o, qlobal texnologiya mühitini yaxından tanıyır və innovativ yanaşması ilə seçilir. Bu podkastda onunla süni intellektin inkişaf istiqamətləri, Azərbaycan innovasiya icmasının hazırkı vəziyyəti, startapların qarşılaşdığı çətinliklər və imkanlar, həmçinin Silikon Vadisindəki real mühit və öyrənilən dərslər haqqında danışdıq. Texnologiya, innovasiya və real təcrübələrin bir araya gəldiyi bu söhbət xüsusilə bu sahəyə maraq göstərənlər üçün faydalı olacaq.
