Amerikada yaşayan Kerri Edvard, ChatGPT-dən istifadə edərək lotereya nömrələri seçib və 150 min dollar (təxminən 255 min AZN) qazanıb. Bu barədə New York Post yazıb.
Qadın, lotereya nömrələrini seçmək üçün ChatGPT-ə sadə bir sual verib: “ChatGPT, mənim üçün nömrələrin varmı?” Süni intellekt cavab olaraq Powerball lotereyası üçün 1-dən 69-a qədər aralıqda olan beş rəqəm yaradıb.
Kerri beş nömrədən dördünü doğru taparaq ilkin olaraq 50 min dollar qazanmalı idi. Lakin o, əlavə bir dollar ödəyərək “Power Play” seçimini aktivləşdirib və bu, uduş məbləğini üç qat artıraraq 150 min dollara çatdırıb.
Qalib qadın, onlayn lotereyalarda nadir hallarda iştirak etdiyini və bu qədər böyük bir şans gözləmədiyini deyib. Lotereya tirajından bir neçə gün sonra ona uduşu ilə bağlı mesaj gəlib.
Kerri Edvards, bu gözlənilməz qazancı xeyriyyə məqsədləri üçün xərcləməyə qərar verib. Uduşun üçdə birini Beyin Qabağı Degenerasiya ilə Mübarizə Dərnəyinə, digər üçdə birini qida ədaləti ilə məşğul olan Shalom Farms təsərrüfatına, qalan pulu isə ABŞ Hərbi Dəniz Qüvvələrinin Xeyriyyə Cəmiyyətinə bağışlayacağını bildirib.
O, qərarını belə izah edib: “Mənə belə bir ilahi şans nəsib oldu və istəyirəm ki, bu, insanların ətrafdakı başqalarına necə fayda verə biləcəyinə bir nümunə olsun.”
