Az | EN

Android telefonları istifadəçiləri fırıldaqçılardan qoruyacaq

Nail Valiyev
13 Dekabr 2023 16:28
544 baxış
Android telefonları istifadəçiləri fırıldaqçılardan qoruyacaq

Google tərəfindən Android əməliyyat sistemi üçün hazırlanmış yeni təhlükəsizlik tədbiri istifadəçiləri fişinq hücumlarından qorumaq məqsədi daşıyır. Android 14 QPR2 Beta 2 versiyasında sınaqdan keçirilən bu funksiya "Anti-Fişinq" adlanır.

Əvvəlki beta versiyada "Aldadıcı Tətbiq Axtarışı" adlandırılan funksiyanı Parametrlər bölməsində Təhlükəsizlik və Məxfilik bölməsindən aktivləşdirmək olar. İstifadəçilər bu funksiyanı aktivləşdirdikdə, onların tətbiqi fəaliyyətləri fişinq və ya aldatma üsulları üçün yoxlanılır. Cihazda baxış aparılır və riskli fəaliyyət aşkar edilərsə, istifadəçiyə xəbərdarlıq edilir və məlumat yoxlanılmaq üçün Google Play Protect-ə göndərilir.

Google hələ rəsmi açıqlama verməsə də, bu təhlükəsizlik tədbirinin Android-in zərərli proqramlarla mübarizə səylərini artırdığı müşahidə edilir.

© copyright 2022 | tech.az | info@tech.az